Sumqayıtda sərnişin sürücünü hədələyərək pulunu talayıb

İyunun 29-da Sumqayıt şəhəri Qurd dərəsi bağlar sahəsində "Khazar" markalı bir avtomobildə sərnişinin sürücünü bıçaqla hədələyərək 300 manatını talaması barədə polisə məlumat daxil olub.

Bu barədə meqale.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xəbər verilib. Bildirilib ki, Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Şahin İsgəndərov müəyyən olunaraq saxlanılıb.

Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.