Suriya Prezidenti Əş-Şara diplomu həyat yoldaşına özü təqdim etdi

Suriya Prezidenti Əhməd Əş-Şara, İdlib Universitetində keçirilən məzuniyyət mərasimində həyat yoldaşı, ölkənin birinci xanımı Latifa əl-Droubiyə diplomunu şəxsən təqdim edib.

meqale.com xarici mətbuata istinadən xəbər verir ki, dünən keçirilən mərasimdə Sənət və Humanitar Elmlər Fakültəsinin məzunları diplomlarını alıblar. Prezident Əş-Şara isə Ərəb dili ixtisasını bitirən həyat yoldaşı Latifa əl-Droubi-yə diplomunu təqdim edərək diqqətləri üzərinə çəkib.

"Qələbə və Qurtuluş" sinfinin 2029 məzunundan biri olan Latifa əl-Droubi mərasimdə çıxış edərək tələbə yoldaşlarını təbrik edib. Prezident Əş-Şara və onu müşayiət edən heyət isə bütün məzunları uğurları münasibətilə təbrik edib.