Sürücülərə xəbərdarlıq: Parklanmada buna diqqət etməsəniz, cərimə qaçılmazdır
Avtomobili ödənişli parkinq yerində saxlama müddəti 24 saatdır. Bu müddət tamam olduqdan sonra mesaj göndərməklə və ya problem üzərindən parklanma yenidən aktiv edilməlidir.
meqale.com xəbər verir ki, əks halda qanunsuz parklanma adı ilə cərimələnə bilərsiniz.
Sürücülərin isə əksəriyyəti bundan xəbərsizdir. Bu cür parklanma qaydasından isə insanlar narazıdır.
Məsələ ilə bağlı nəqliyyat eksperti Adil Nəbiyev bildirib ki, 24 saat sonra sürücülərin qaununsuz parklanma adı ilə cərimələnməsi qərarına yenidən baxılmalıdır. Bəzi hallar nəzərə alınmaqla bu müddət 48 saata qədər uzadıla bilər.
Mövzu ilə bağlı AYNA-dan bildirildi ki, Yol Hərəkəti Haqqında Qanuna əsasən, bir parklanmanın müddəti 24 saatdan artıq ola bilməz. Nəqliyyat vasitəsi parkinqdə 24 saatdan artıq saxlandıqda İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsində nəzərdə tutulmuş qaydada elektron protokol tərtib olunur. Avtomobil müvafiq İcra Hakimiyyəti orqanının ən yaxın mühafizə olunan duracağına aparılır və sürücüyə məlumat verilir.