Sürücünün diqqətsizliyi sərnişinin ölümünə səbəb oldu - Daha bir AĞIR QƏZA
Bakının Suraxanı rayonunda ağır yol-nəqliyyatı hadisəsi baş verib və bir nəfər ölüb.
meqale.com APA-ya istinadən bildirir ki, yol qəzası Binə dairəsində qeydə alınıb.
Taksi kimi fəaliyyət göstərən sürücü idarə etdiyi "Toyota" markalı maşında diqqətsizlikdən sükana nəzarəti itirib. Nəticədə maşını eyni istiqamətdə hərəkətdə olan evakuatora çırpıb. Zərbə nəticəsində avtomobildə olan sərnişin 2001-ci il təvəllüdlü Əlizadə Ramilə Ramil qızı hadisə yerində dünyasını dəyişib. Sürücü və digər sərnişin ağır bədən xəsarətləri alaraq Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Sərnişin R.Əlizadənin meyidi morqa təhvil verilib.
Faktı Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.