Tanınmış aktyorun yeni peşəsi təəccübləndirdi - FOTO
Türk teatrının sevilən adlarından olan aktyor Emre Kınay Londonda karyerasında böyük dəyişiklik edib.
meqale.com türk mediasına istinadla xəbər verir ki, Kınay Londonda yerləşən daşınmaz əmlak şirkətində 'biznesin inkişafı meneceri' olaraq işə başlayıb.
2023-cü ildə Londonda sahibi olduğu Duru Teatrının filialını açan və orada aktyorluq təhsili verməyə başlayan Emre Kınay yeni iş sahəsi kimi daşınmaz əmlak sektorunu seçib.