Tanınmış futbolçu 27 yaşında öldü
Uruqvayın "Nasyonal" klubunun yarımmüdafiəçisi Xuan İzkierdo 27 yaşında vəfat edib.
                        meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə Montevideo təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Avqustun 22-də Libertadores Kubokunda "Nasyonal"ın "San Paulu" ilə oyununun 84-cü dəqiqəsində huşunu itirən futbolçu xəstəxanaya aparılıb və ürəyində problem olduğu müəyyənləşib.