Emin Mahmudov tarixə düşdü
Emin Mahmudov "Neftçi"nin tarixinə düşüb.
                        meqale.com İdman.Biz-ə istinadən bildirir ki, 31 yaşlı yarımmüdafiəçi Azərbaycan çempionatlarında "ağ-qaralar"ın formasını ən çox geyinən futbolçu olub.
Bu, Azərbaycan Premyer Liqasının XXXVI turunda rəsmiləşib. "Sabah"la ev oyunu Eminin "Neftçi"də 183-cü çempionat matçı olub.
O, uzun illərdir Bakı klubunun rekordçusu olan İqor Getmanın göstəricisini arxada qoyub. Sabiq müdafiəçi "Neftçi"də 182 çempionat matçına çıxıb. Mahmudov həmin rekordu hələ XXXI turda təkrarlasa da, sonrakı 4 qarşılaşmada iştirak etməyib.