“The Finacial Times” 2024-cü illə bağlı proqnozlarını açıqladı

"The Finacial Times"ın redaksiyası 2024-cü il üçün öz proqnozlarını tərtib edib.

“The Finacial Times” 2024-cü illə bağlı proqnozlarını açıqladı
"The Finacial Times"ın redaksiyası 2024-cü il üçün öz proqnozlarını tərtib edib.

meqale.com report.az-a istinadən xəbər verir ki, nəşr Donald Trampın ABŞ prezidenti olmayacağını, Ursula fon der Lyayenin isə əksinə, yenidən Avropa Komissiyasının rəhbəri seçiləcəyini, İlon Maskın "X" sosial şəbəkəsinin müflis olacağını, Qərbin Ukraynanı maliyyələşdirməyə davam edəcəyini, İsraillə HƏMAS arasındakı müharibənin isə genişmiqyaslı regional münaqişəyə çevrilməyəcəyini proqnozlaşdırır.

FT-nin proqnozuna görə, Donald Tramp, birincisi, Cozef Baydenə qarşı ABŞ prezident seçkiləri tarixində ən çirkli kampaniyanı aparacaq, ikincisi, o, hər bir halda uduzacaq, çünki seçkidən əvvəl dörd məhkəmə prosesindən ən azı birində cinayətkarlıqda təqsirli bilinəcək.

İsraillə HƏMAS radikal qruplaşması arasındakı müharibə, nəşrin redaktorlarının fikrincə, genişmiqyaslı regional münaqişə ilə nəticələnməyəcək, çünki bunu nə ABŞ, nə də İran istəyir.