"Tofaş"ın istehsalı dayandırılır

Almaniyada olduğu kimi, Türkiyədə də avtomobil sənayesində istehsala fasilə xəbəri yayılıb.

Almaniyada olduğu kimi, Türkiyədə də avtomobil sənayesində istehsala fasilə xəbəri yayılıb.

meqale.com xəbər verir ki, Tofaş Türk Otomobil Fabrikası A.Ş Bursa şəhərində yerləşən istehsal müəssisəsində istehsalı müvəqqəti dayandıracaq. Şirkətin açıqlamasına görə, il sonu inventar sayımı və planlı texniki baxım işləri ilə əlaqədar 2-11 yanvar 2026-cı il tarixlərində istehsal prosesi tamamilə dayandırılacaq. Zavodda istehsalın 12 yanvar 2026-cı il, bazar ertəsi günü bərpa olunacağı bildirilib.

Məlumat Kamuyu Aydınlatma Platformuna (KAP) təqdim olunan rəsmi açıqlamada yer alıb.

Açıqlamada qeyd olunub ki, fasilə istehsal xətlərində aparılacaq texniki işlərin təhlükəsiz və səmərəli şəkildə icrası məqsədi daşıyır.

Qeyd edək ki, Tofaş-da istehsala fasilə qərarı fonunda müəssisədə əmək mübahisəsi də davam edir. Türk Metal Həmkarlar İttifaqı işçilər üçün 20 faiz əməkhaqqı artımı və 35 lirəlik əlavə yaxşılaşdırma tələb edib. İşəgötürənləri təmsil edən MESS isə 5 faiz artım və 11,50 lirəlik təklif irəli sürüb. Tərəflər arasında razılıq əldə olunmadığı üçün işçilər fabrik daxilində etiraz aksiyalarına başlayıblar.