Toyuğun bu hissələri sağlamlıq üçün təhlükəlidir
Toyuq əti qida rasionumuzun əhəmiyyətli bir hissəsini təşkil edir və müxtəlif yeməklərin hazırlanmasında geniş istifadə olunur.
meqale.com xəbər verir ki, toyuğun bəzi hissələrinin istehlakı sağlamlıq üçün riskli ola bilər.
Toyuq dərisi: Toyuq dərisi yüksək miqdarda doymuş yağ və xolesterin ehtiva edir. Bu səbəbdən, onun həddindən artıq istehlakı ürək-damar xəstəlikləri və artıq çəki kimi problemlərə yol aça bilər.