Tramp özünü ABŞ-ın kralı elan etdi - FOTO

ABŞ-da ikinci prezidentlik müddətinə sürətlə başlayan Donald Tramp daha bir maraqlı addım atıb.

Tramp özünü ABŞ-ın kralı elan etdi - FOTO
ABŞ-da ikinci prezidentlik müddətinə sürətlə başlayan Donald Tramp daha bir maraqlı addım atıb.

meqale.com xarici mediaya istinadla xəbər verir ki, Tramp sosial mediada paylaşım edib. Belə ki,o, paylaşımda Nyu-Yorkda tıxaclara uyğunlaşdırılmış qiymətləri ləğv etdiyini açıqlayıb və "Tıxac qiymətləri öldü. Manhetten və bütün Nyu York xilas oldu. Yaşasın kralımız!" ifadəsini işlədib.

Bu açıqlamadan sonra Ağ Evin rəsmi sosial media hesabında Trampı başında tacı olan bir kral kimi təsvir edən jurnalın üz qabığı paylaşılıb.

Nyu-York qubernatoru Keti Hochul da Trampın Nyu-Yorkda tıxaclara görə tənzimlənən gediş haqqını ləğv etməsindən sonra sosial media hesabında açıqlama verib. Tariflərin qaldırılması ilə bağlı açıqlamasında Trampın özünü "kral" kimi təsvir etməsini tənqid edən Hochul "Biz qanunlar xalqıyıq, biz kral tərəfindən idarə olunmuruq" deyib.