Tramp "TikTok"la bağlı sazişi təsdiqlədi
ABŞ Prezidenti Donald Tramp "TikTok"un Birləşmiş Ştatlar biznesinin nəzarəti altına keçəcək və onun ölkədə fəaliyyətini davam etdirməsinə icazə verəcək sazişi təsdiqləyən fərman imzalayıb.
meqale.com bu barədə TASS-a istinadla xəbər verir.
ABŞ lideri Ağ Evin Oval kabinetində sənədi imzaladıqdan sonra izah edib ki, sosial şəbəkə amerikalı investorlar və ABŞ şirkətləri tərəfindən idarə olunacaq.