"Turan Tovuz" növbəti transferini açıqlayıb
"Turan Tovuz" heyətini daha bir futbolçu ilə gücləndirib.
meqale.com lente istinadən xəbər verir ki, qərb təmsilçisi son mövsümü icarə əsasında "Kəpəz"də keçirən Rüfət Əhmədovla anlaşıb.
Müdafiənin hər iki cinahında oyanayan Azərbaycanın U-21 millisinin üzvü ilə "2+1" illik müqavilə bağlanıb.
Qeyd edək ki, R.Əhmədov "Qəbələ"nin yetirməsidir. O, U 21-millisinin heyətində 8 oyunda meydana çıxıb.