Türkiyə İsraillə diplomatik əlaqələri kəsməyi düşünür
"Türkiyə hesab edir ki, İsraillə diplomatik münasibətlərin kəsilməsi ilə bağlı qərarlar kollektiv xarakter daşımalıdır".
meqale.com report-a istinadla xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Əl-Cəzirə telekanalına müsahibəsində deyib.
"Biz İsraillə münasibətləri kəsmək məsələsini nəzərdən keçirdik, lakin hesab edirik ki, bu, digər müsəlman ölkələrinin də iştirakı ilə kollektiv qərar olmalıdır. Biz Vaşinqtonun İsraili tam dəstəkləməsi və daimi atəşkəsi qəbul etməməsi ilə razılaşmırıq.