Türkiyədə 17 yaşlı şagird müəllimini bıçaqladı - VİDEO - FOTO

Türkiyədə şagird müəllimini bıçaqlayıb.

Türkiyədə 17 yaşlı şagird müəllimini bıçaqladı -  VİDEO - FOTO
Türkiyədə şagird müəllimini bıçaqlayıb.

meqale.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankarada 17 yaşlı orta məktəb şagirdi məktəbə elektron siqaret gətirməsi barədə ailəsinə məlumat verən müəllimini ayağından bıçaqlayıb. 

Məktəbin birinci mərtəbəsindəki pilləkəndə pusquda duran şagirdin hücum anı təhlükəsizlik kamerasına anbaan düşüb.

Xəsarət alan müəllimə ilkin tibbi yardım göstərilib. Daha sonra təcili tibbi yardım maşını ilə xəstəxanaya göndərilib.

Müəllim müalicədən sonra evə buraxılıb.

Hadisə ilə bağlı araşdırmanın davam etdiriləcəyi bildirilir.

Fidan meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun