Türkiyədə daha bir zəlzələ oldu - YENİLƏNİB

21:04

Türkiyədə daha bir zəlzələ oldu - YENİLƏNİB
21:04

Türkiyənin Kütahya vilayətində yenidən zəlzələ baş verib.

meqale.com-ın məlumatına görə, yeraltı təkanlar 4 maqnituda gücündə olub.

------- 14:12 Türkiyədə güclü zəlzələ qeydə alınıb.

meqale.com-ın məlumatına görə, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) hadisə ilə bağlı açıqlama yayıb.

Bildirilib ki, yerli vaxtla saat 12:59-da baş verən zəlzələnin maqnitudası 5,4 olub. Yeraltı təkanların episentri Kütahyanın Simav rayonunda, 8 kilometr dərinlikdə müəyyən edilib.

Zəlzələ İstanbul, İzmir və Bursa şəhərlərində də hiss olunub.