Türkiyədə hakimi döyən klub prezidenti və 2 nəfər saxlanıldı
Türkiyə Super liqasında dünən axşam keçirilən MKE "Ankaragücü" - "Çaykur Rizespor" matçının sonunda hakim Halil Umut Melərə edilən hücumun istintaqı çərçivəsində aralarında MKE "Ankaragücü" klubunun prezidenti Faruk Kocanın da olduğu 7 nəfər ədliyyə oeqanlarına dəvət olunub.
meqale.com yeniavaz.com-a istinadla xəbər verir ki, qarşılaşmadan sonra meydançaya daxil olaraq matçın hakiminə qarşı zorakılıqda iştirak edən bütün şübhəlilər və azarkeşlər haqqında Ankara Qərb Baş Prokurorluğu tərəfindən istintaq prosesi başladılıb.
Dəvət olunan 6 nəfərdən aralarında MKE "Ankaragücü" klubunun prezidenti Faruk Kocanın da olduğu 3 nəfər saxlanılıb.
Xatırladaq ki, ötən gün - dekabrın 11-də Türkiyənin Trendyol Super Liqasının 15-ci həftəsində "Ankaragücü" ilə "Rizəspor" 1:1 hesablı heç-heçə edib. Qarşılaşmadan sonra meydana daxil olan "Ankaragücü" prezidenti Faruk Koca matçın baş hakimi Halil Umut Melerə yumruq zərbəsi endirib. Zərbə nəticəsində Meler gözündən xəsarət alıb.