“Beşiktaş”dan Braziliya klubuna keçdi

Türkiyənin "Beşiktaş" klubundan ayrılan braziliyalı futbolçu Qabriel Paulista karyerasını vətənində davam etdirəcək.

“Beşiktaş”dan Braziliya klubuna keçdi
Türkiyənin "Beşiktaş" klubundan ayrılan braziliyalı futbolçu Qabriel Paulista karyerasını vətənində davam etdirəcək.

meqale.com-ın məlumatına görə, 35 yaşlı müdafiəçi "Korintians" klubuna transfer olunub. Futbolçu ilə 2027-ci ilin yayına qədər müqavilə bağlanıb.

Qabriel Paulista 2024-cü ildən etibarən "Beşiktaş"ın heyətində çıxış edirdi.