Türkiyədə virusa görə 11 kənd karantinə alındı
Türkiyədə sürətlə yayılan dabaq xəstəliyi Muğlanın Milas rayonunda ciddi tədbirlərin görülməsinə səbəb olub. Rayon ərazisindəki mal-qara fermasında xəstəliyin aşkar edilməsindən sonra ümumilikdə 11 məhəllə karantinə alınıb.
meqale.com xəbər verir ki, karantin qaydalarına əsasən, 30 gün ərzində mal-qara və xırdabuynuzlu heyvanların bu məhəllələrə daxil olub-çıxmasına icazə verilməyəcək.
Karantin tətbiq olunan məhəllələr: Ağaclıhöyük, Akyol, Koru, Gökçeler, Ekinnanbarı, Yaka, Güllük, Kıyıkışlacık, Boğaziçi, Dörttepe və Meşelik.
Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı İl Müdirliyinin məlumatına görə, xəstəliyin yayılmasının qarşısını almaq üçün bölgədə genişmiqyaslı tədbirlər görülür. 12.763 heyvan ayaq-ağız xəstəliyinə qarşı peyvəndlənib, həmçinin fermanlarda dezinfeksiya və digər profilaktik işlər aparılıb.