Əməkdar artist arıqlayıb "iynəyə sap" oldu - FOTO
Əməkdar artist Könül Kərimova sosial şəbəkədə paylaşdığı son fotosu ilə izləyicilərin marağına səbəb olub.
meqale.com xəbər verir ki, sənətçinin nəzərə çarpacaq dərəcədə arıqlaması müzakirələrə yol açıb. Könül Kərimova paylaşımında "Bu gözəl çəkiyə görə" sözlərini qeyd edərək prosesdə ona dəstək olan həkiminə təşəkkür edib.
Müğənni sağlam qidalanma rejiminə keçdiyini və artıq çəkidən məhz bu yolla qurtulduğunu vurğulayıb.
Qeyd edək ki, Kərimova bir müddət əvvəl 13 kiloqram arıqladığını açıqlamış, yaxın zamanda əlavə 5 kiloqram daha çəki atmağı planlaşdırdığını bildirmişdi.