Türkiyənin elektrik avadanlıqları ixracı artıb
2024-cü ilin yanvar-iyul aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz artaraq 9,3 milyard dollara bərabər olub.
meqale.com xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
"Bu ilin iyul ayında Türkiyə 1,4 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 12,3 faiz çoxdur", - deyə nazirlikdən bildirilib.