Ukrayna bu ölkə ilə sərhədini bağlayacaq - Şevçenko
Rusiyayönlü partiyalar Moldovada seçkilərdə qalib gələrsə, Ukrayna Moldova ilə sərhədi bağlaya bilər.
meqale.com axar.az-a istinadən xəbər verir ki, belə bir açıqlama ilə Ukraynanın Moldovadakı səfiri Marko Şevçenko çıxış edib.
Səfir bildirib ki, əgər Rusiyanı dost sayan partiya ölkədəki seçkilərdə qalib gəlsə, Ukraynanın Moldovanın strateji tərəfdaşı ola biləcəyini təsəvvür etmək mümkün deyil.