Ukrayna ilə bağlı sülh konfransının məqsədi budur - Lavrov
İsveçrədə Ukrayna ilə bağlı konfransın təşkilatçıları cəfəngiyyatla məşğuldurlar.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
O qeyd edib ki, konfransın məqsədi sülhə nail olmaq deyil:
"Məqsəd mümkün qədər çox ölkəni Rusiyaya qarşı yönəltmək və sonra bizə qarşı olan daha bir neçə maddi addım atmağa çalışmaqdır".