Ukrayna Sevastopolu ATACMS-lə vurdu: 3 ölü, 100 yaralı
Rusiya Müdafiə Nazirliyinin məlumata görə, Ukrayna ordusu Sevastopola ATACMS raketləri ilə zərbələr endirib.
Zərbələr nəticəsində biri uşaq olmaqla, 3 nəfər ölüb, 100 nəfər isə yaralanıb.
******
Sevastopol raket atəşinə tutulub.
meqale.com lente istinadən xəbər verir ki, Sevastopol qubernatoru Mixail Razvojayev məlumat verib.
"Raket hücumlarının qarşısı alınıb. 5 hədəf hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib. Uçkuyevka qəsəbəsində ikisi uşaq olmaqla, 12 nəfər, Lyubimovkada isə iki nəfər yaralanıb", - Razvojayev bildirib.