Unun topdansatış qiymətləri dəyişdi

Azərbaycanda unun topdansatış qiymətlərində dəyişiklik edilib.

Unun topdansatış qiymətləri dəyişdi
Azərbaycanda unun topdansatış qiymətlərində dəyişiklik edilib.

Azərbaycanda 27 oktyabr tarixindən unun son topdansatış qiymətləri məlum olub.

Trend-in məlumatına görə, qeyd olunan tarixdən etibarən ölkədə 50 kq-lıq unun son topdansatış qiymətləri 26,10-28,40 manat arasında dəyişir.

Belə ki, ölkə üzrə bazara təqdim olunan ən ucuz un növü "Dəvəçi-Taxıl" MMC (26 manat 10 qəpik), ən bahalısı isə "Azeri-Arapoğlu U.S.və T.LTD" BM-dir (28 manat 40 qəpik).

Beləliklə, bundan əvvəlki göstərici ilə müqayisədə 50 kq-lıq unun aşağı həddinin topdansatış qiyməti 10 qəpik ucuzlaşıb, yuxarı həddi isə dəyişməz qalıb. Buna qədər isə qiymətlər 26,20-28,40 manat arasında dəyişirdi.

Bu ilin oktyabrın 27-dən etibarən Azərbaycanda istehsalçılar tərəfindən unun son topdansatış qiyməti aşağdakı kimi müəyyənləşib:

"ATS MİLL", "Anadoluqida", "AVETA", "KARAT HOLDİNQ" MMC-lərə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 27,30 manat;

"Azeri-Arapoğlu U.S.və T.LTD" BM-ə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 28,40 manat;

"Bakı Taxıl Terminalı", "Dəniz un sənayesi LTD", "Karmen", "Orxan UN", "Taxıl AQRO", "Xırman", "SKY AGRO", "Avrora" MMC-lər, eləcə də "Nadir Quliyev adına Bakı-Taxıl" ASC, "PAK-NUR" FİRMASI, "Səma" fərdi firmasına məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 27,20 manat;

"Dəvəçi-Dəyirman" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 26,30 manat;

"Dəvəçi-Taxıl" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 26,10 manat;

"Gəncə Dəyirman" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 27,50 manat;

"Nural" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 28 manat;

"Hazartürk LTD" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 27,10 manat;

"Qarabağ un" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 27 manat.