Deputat müəllim kimi işləməyə başladı

Milli Məclisin deputatı Vüqar Bayramov pedaqoji fəaliyyətə başlayıb.

Deputat müəllim kimi işləməyə başladı
Milli Məclisin deputatı Vüqar Bayramov pedaqoji fəaliyyətə başlayıb.

meqale.com xəbər verir ki, bu barədə deputat özü məlumat yayıb:

"Uzun fasilədən sonra, bu tədris ilindən başlayaraq Bakı Mühəndislik Universitetində (BMU) "Dövlət maliyyəsi" fənnini tədris etməyə başladım. Tədris dili həm ingilis, həm də Azərbaycan olan qruplarda dövlət maliyyəsinin nəzəri və praktik tərəflərini tələbələrə çatdırmağa çalışdım.

Tədris zamanı qrup müzakirələri, fərdi təqdimatlar, elmi və praktik araşdırmalar kimi daha interaktiv və müasir metodlara üstünlük verdik. Payız semestrini artıq başa vurduq. Qarşıda tələbələri daha ciddi sınaq - imtahan sessiyası gözləyir.