“Uzak Şehir”in izləyicilərinə bəd xəbər
Kanal D-də yayımlanan "Uzak Şehir" serialı vaxtından öncə finala gedə bilər.
meqale.com xəbər verir ki, Rifah Partiyasını təmsil edən millət vəkili Doğan Bekin serialın Mardinin mədəni quruluşunu əks etdirmədiyini bildirib.
O, serialın efirdən çıxarılmalı olduğunu təklif edib.
Qeyd edək ki, artıq serialın ssenarisi mübahisələrə səbəb olub. Yeni bölümlərdə ölən qardaşın geri qayıdıb həyat yoldaşını geri istəməsi (kiçik qardaşı ilə evlənməsini vəsiyyət etmişdi), bir uşağın iki kişiyə də "ata" deməsi kimi qarışıq durumların türk əxlaqına zidd olduğunu bildirənlər fəallaşıb.