Vahid Ələkbərovun oğlu vəzifəsini tərk edir

Rusiyanın "Lukoil" neft şirkətinin qurucusu Vahid Ələkbərovun oğlu Yusif Ələkbərov "Spartak" futbol klubunun Direktorlar Şurasını tərk etmək qərarına gəlib.

Vahid Ələkbərovun oğlu vəzifəsini tərk edir
Rusiyanın "Lukoil" neft şirkətinin qurucusu Vahid Ələkbərovun oğlu Yusif Ələkbərov "Spartak" futbol klubunun Direktorlar Şurasını tərk etmək qərarına gəlib.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "RBC Sport" məlumat yayıb.

Bildirilir ki, bu qərar ABŞ Maliyyə Nazirliyi tərəfindən ona qarşı tətbiq edilən sanksiyalardan sonra klubu risk altına qoymamaq istəyi ilə bağlıdır.

Xatırladaq ki, ABŞ yanvarın 10-da Y.Ələkbərova qarşı yeni sanksiyalar tətbiq edib.

Neft şirkəti klubun sahibi və baş sponsorudur.