Valideynlərini qətlə yetirən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...

Gecə saatlarında Sumqayıtda ər və arvadın qətlə yetirilməsinin bəzi detalları üzə çıxıb.

Valideynlərini qətlə yetirən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...
Gecə saatlarında Sumqayıtda ər və arvadın qətlə yetirilməsinin bəzi detalları üzə çıxıb.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, ilkin araşdırmalar zamanı qətldə şübhəli bilinən Fikrət Məmmədovun narkotik vasitə istifadəçisi olması müəyyənləşib. Növbəti "Əhməd" olayı: 24 yaşlı oğul ailə üzvlərini öldürdü Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: "Kömək elə səsini eşitdik..."

İddiaya görə, o, tez-tez valideynlərindən pul tələb edirmiş və buna görə evdə dava salırmış. Aprelin 8-də isə Fikrət yaşadığı binanın qarşısında uşaqlıq dostu ilə pula görə dalaşıb. Həmin vaxt hadisə yerinin yaxınlığında olan polislər Fikrəti saxlamaq istəyərkən o, müqavimət göstərib.

Həmin gün saxlanılan Fikrət Məmmədov barəsində Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci maddələri ilə protokol tərtib edilib. Sumqayıt Şəhər Məhkəməsi Fikrəti törətdiyi əmələ görə 150 manat cərimə edərək sərbəst buraxıb.

Gecə törədilmiş qətl hadisəsinin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə araşdırmalar davam etdirilir.