VAR otağında mərc skandalı - şok görüntülər

Bolqarıstan Peşəkar Futbol Liqasında skandal yaşanıb. 

VAR otağında mərc skandalı - şok görüntülər
Bolqarıstan Peşəkar Futbol Liqasında skandal yaşanıb. 

meqale.com xəbər verir ki, dünən keçirilən ÇSKA (Sofiya) - "Lokomotiv" (Sofiya) oyununda (1:0) VAR otağındakı şəxslərdən birinin mərc saytına baxdığı görüntülərib. Hakimlər Komitəsinin sədri Stanislav Todorov açıqlama yayaraq bu şəxsin Bolqarıstan Futbol Birliyi ilə bir əlaqəsinin olmadığını və görüntülərin hamını şok etdiyini deyib. 

"Axşamdan bəri mən və Futbol Birliyi bu məsələdən xəbərdarıq, həmin şəxsə qarşı ciddi addımlar atılacaq. Ən vacibi bunu demək istəyirəm ki, həmin şəxs "Hawk-eye" - VAR görüntülərinə cavabdeh olan şirkətin işçisidir. Görüntü Volen Çinkovu (oyunun VAR hakimi), onun köməkçisi Stoyan Arsovu və sözügedən şəxsi göstərir. Həmin şəxs canlı efirdə göründüyünü başa düşəndən sonra telefonu əlindən yerə qoyur.