Vaşinqtonda atışma: 5 nəfər yaralandı
ABŞ-nin paytaxtı Vaşinqtonun şimal-şərqində atışma baş verib.
meqale.com xəbər verir ki, bu barədə şəhərin Polis Departamenti bildirib.
Hadisə nəticəsində azı 5 nəfər yaralanıb. Zərərçəkənlərin hamısı xəsarətlə xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, atışma mübahisə zəminində baş verib.
Araşdırma aparılır./modern.az