Vineyard "Yaxşılıq Yarat" adlı xeyriyyə və əyləncə xarakterli tədbir keçirilib – VİDEO - FOTO
Vineyard Azərbaycan Xristian dini icmasının təşkilatçılığı və Koxlear İmplantlı Şəxslərə Sosial Yardım İctimai Birliyinin təşkilatı dəstəyi ilə , Bakı şəhərində yerləşən Azərbaycan Dövlət Filarmoniyasının Kamera və Orqan Musiqisi zalında, növbəti dəfə "Yaxşılıq Yarat" adlı xeyriyyə və əyləncə xarakterli tədbir keçirilib.
Tədbirin məqsədi II Qarabağ müharibəsinin şəhid və qazilərinin övladlarının, o cümlədən az təminatlı ailələrin övladlarının, eşitmə məhdudiyyətli və koxlear implantlı uşaqların üzlərində təbəssüm yaratmaqdır. İcmanın sədri Emil Pənahov bildirib: "Hər bir körpə Azərbaycan üçün uğurlu bir gələcək, potensial bir ailədir. Arzumuz budur ki, bizim yeni nəslimizin qəlbi Tanrı sevgisi, vətənə sədaqət və böyüklərə ehtiram hissilə dolsun.Qoy Rəbb hər bir körpəmizi qorusun və xeyir-dua versin! Amin!" Tədbirdə Aərbaycan Respublikasının ərazi bütovlüyü uğrunda canını fəda vermiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükut ilə anılıb və dərhal sonra Azərbaycan Dövlət Himni səslənib. "Tanrı Azərbaycanı sevir!" ,"Uğur əngəl tanımaz! kimi şüarlarda tədbirin əsas mahiyətini bildirib. Tədbirin bədii hissəsində panda, robot, alov şou,köpük şou, şar şou və sehirbaz kimi müxtəlif əyləncəli proqramlar uşaqların xüsusilə diqqətini çəkdi.
Konsert proqramı zamanı ,Vineyard Azərbaycan Xristian dini icmasının uşaqlar üçün dərc etdiyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin aksiz markalı "Müqəddəs Yazıdan Yekayələr" kitabının təqdimat mərasimi keçirilib və kitablar uşaqlara hədiyyə olunub. Sonda uşaqların hər biri "Samariant's Purse" (Xeyirxah Samariyalı) adlanan kampaniyaya məxsus hədiyyələr verildi.