Vladivostokda yanğında onlarla avtomobil külə dönüb, hadisənin səbəbi açıqlanıb – YENİLƏNİB

Rusiyanın Primorski diyarının Vladivostok şəhərində avtomobil duracağında 22 avtomobil yanıb.

Vladivostokda yanğında onlarla avtomobil külə dönüb, hadisənin səbəbi açıqlanıb – YENİLƏNİB

“Vladivostok şəhərinin Pervomayski rayonu Prokurorluğu 22 avtomobilin yandırılması halının araşdırılmasını nəzarətə götürüb”, – regional prokurorluğun məlumatda qeyd olunub.

Qeyd olunub ki, martın 24-də gecə saatlarında naməlum şəxs avtomobilə od vurub. Sonradan alov duracaqdakı 22 avtomobili əhatə edib. Prokurorluq nəqliyyat vasitələrinin yanıb kül olduğunu vurğulayıb.

Faktla bağlı RF CM-nin 167-ci maddəsinin 2-ci hissəsi (xuliqanlıq niyyəti ilə, yandırma yolu ilə, əhəmiyyətli zərər vurmaqla əmlakın qəsdən məhv edilməsi) üzrə cinayət işi açılıb.

 

02:07


Rusiyanın Primorski diyarının Vladivostok şəhərində avtomobil duracağında baş vermiş yanğında azı 30 avtomobil zərər çəkib.

“Report” xəbər verir ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.

“Primoryedəki avtoduracaqda azı 30 maşın yanıb. Yanğın azı saat yarım öncə Vladivostokda başlayıb, FHN yanğını söndürüb”, – məlumatda qeyd olunub.

Hadisənin səbəbi hələlik müəyyən edilməyib.