Zelenski: “Putin tezliklə öləcək və hər şey bitəcək”

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinin tezliklə öləcəyini söyləyib.

Zelenski: “Putin tezliklə öləcək və hər şey bitəcək”

“Meqale.com” xəbər verir ki, bunu dövlət başçısı “Eurovision News”un jurnalistləri ilə Putinin məqsədləri və qorxularından danışarkən deyib.

“O nədən qorxur – öz gücünü itirməkdən. Bu da cəmiyyətin sabitliyindən asılıdır, lakin onun yaşından da asılıdır – o tezliklə öləcək, bu faktdır və hər şey bitəcək”, – Zelenski müsahibəsində vurğulayıb.

72 yaşlı Putinin niyə “tezliklə” öləcəyini düşündüyünü Zelenski izah etməyib. BBC-yə görə, müsahibənin ümumi konteksti və bu ifadənin oradakı yeri Zelenskinin ən yaxın gələcəyi nəzərdə tutmadığını ehtimal etməyə imkan verir.