Votsapda inqilabi yenilik - FOTO
Votsap "Android" sistemində Beta versiyasının istifadəçiləri üçün əlçatan olan mesajların tərcüməsi funksiyasını işə salıb.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "WABetaInfo" portalı məlumat yayıb.
Belə ki, proqramın 2.25.12.25 versiyasını quraşdıran votsap testçiləri mesajları tərcümə etmək üçün dil paketlərini endirə biliblər.
Dəstəklənən dillərə rus, ispan, ərəb, portuqal və hind dilləri daxildir. Bundan əlavə, istifadəçilərin avtomatik dilin aşkarlanması üçün xüsusi dil paketinə giriş imkanı var ki, bu da bir neçə dilin eyni vaxtda mövcud ola biləcəyi qrup söhbətlərində xüsusilə faydalıdır.
Qeyd olunur ki, bütün əməliyyatlar cihazda lokal olaraq həyata keçirilir - məlumatlar üçüncü tərəf serverlərinə və ya Meta şirkətlərinə ötürülmür.