Xalq artisti: "20-30 manata restoranlarda oxuyurdum"
Xalq artisti Röya Ayxan verdiyi açıqlama ilə diqqət mərkəzinə düşüb.
meqale.com xəbər verir ki, pop ulduz sənət yolunun ilk illərindən və özünə olan inamından danışıb.
Röya bildirib ki, karyerasının əvvəlində restoranlarda 20-30 manata çıxış edib:
"O vaxtdan bilirdim ki, bir gün bir nömrə olacağam. Hansı sahədə çalışsam da, fərqi yox idi - mütləq zirvəyə çıxmalı idim. Saç ustası olsaydım da, mağaza açsaydım da, hətta gəlin olsaydım belə, yenə bir nömrə olacağıma inanırdım".
Sənətçi qeyd edib ki, insanları ətrafına toplaya biləcəyinə, konsertlər verəcəyinə hər zaman əmin olub. Məhz bu inamla qrupda iki il fəaliyyət göstərdikdən sonra tək yoluna davam etmək qərarı verdiyini deyib: "Anladım ki, tək olmalıyam".
Röyanın bu fikirləri sosial mediada geniş müzakirələrə səbəb olub və sənətçinin özünəinamı izləyicilər tərəfindən maraqla qarşılanıb.