Xınalıq yolunda körpü uçdu - FOTO

Quba rayonundan Xınalıq kəndinə gedən yolda yerləşən körpü uçub. 

Xınalıq yolunda körpü uçdu - FOTO
Quba rayonundan Xınalıq kəndinə gedən yolda yerləşən körpü uçub. 

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, körpü intensiv yağıntılardan sonra yaranmış güclü sel suları nəticəsində dağılıb. 

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) sorğu ünvanladıq. Qurumun mətbuat katibi Anar Nəcəfli bildirib ki, hadisə bir müddət əvvəl baş verib və hazırda bununla bağlı layihə hazırlanıb: "Körpü təxminən bir ay öncə uçub. Bununla bağlı təkliflər, yeni layihələr hazırlanıb və təqdim olunub. Yəqin ki, yaxın günlərdə yeni körpünün inşasına başlanılacaq.