Yanğında ölən Arzunun atasından təsirli paylaşım - FOTO
Noyabrın 21-də Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğında həyatını itirən 7 yaşlı Arzu Qəmbərlinin atası, vəkil Əli Qəmbərov, sosial şəbəkədə ürəkdağlayan paylaşım edib.
meqale.com xəbər verir ki, vəkil qızı ilə birlikdə çəkilmiş fotosunu paylaşaraq belə yazıb:
"Balam, sən göylərə qovuşdun. Mən isə bu dünyada sənin həsrətinlə nəfəs almağa davam edəcəyəm. Bağışla, səni qoruya bilmədim..."
Xatırladaq ki, Bakıda baş vermiş yanğında ümumilikdə 3 nəfər həlak olub, 25 nəfər isə tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdirilib.