YAP-ın vəzifəli şəxsi 54 yaşında vəfat etdi
Yeni Azərbaycan Partiyası (YAP) Yardımlı rayon təşkilatının sədr müavini Maqsud Şabiyev vəfat edib.
meqale.com xəbər verir ki, bu barədə İqtisadiyyat.az-a mərhumun yaxınları məlumat verib.
Qeyd edilib ki, M.Şabiyev ötən gün 54 yaşında xəstəlikdən dünyasını dəyişib.
Qeyd edək ki, Şabiyev Maqsud Səxavət oğlu 1970-ci ildə Yardımlı rayonunun Alçabulaq kəndində anadan olub.