Fransa səfiri Müstəqillik Günü münasibətilə Azərbaycanı təbrik edib

Fransanın Azərbaycandakı səfiri Ann Buayon Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.

Fransa səfiri Müstəqillik Günü münasibətilə Azərbaycanı təbrik edib
Fransanın Azərbaycandakı səfiri Ann Buayon Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.

meqale.com Trend-ə istinadən xəbər verir ki, xanım səfir bununla bağlı "X" sosial şəbəkəsində paylaşım edib.

"Fransanın səfirliyi adından Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edirəm. Azərbaycana sülh və firavanlıq dolu gələcək arzulayıram. Milli günün mübarək olsun!", - deyə səfir qeyd edib.

Qeyd edək ki, bu gün Azərbaycanda 28 May - Müstəqillik Günü qeyd edilir.

1917-ci ildə Rusiyada baş vermiş inqilab nəticəsində Romanovlar sülaləsinə son qoyuldu. Nəticədə Rus İmperiyası dağıldı. Xalqlar öz müqəddəratlarını özləri həll etməli oldular. Bu imkandan istifadə edərək 1918-ci il mayın 28-də Azərbaycanın milli qayəli, milli təfəkkürlü övladları Azərbaycan Xalq Cümhuriyyətini elan etdilər.