Yaponiyada güclü zəlzələ - Sunami xəbərdarlığı

Yaponiyanın Küsü adasının cənubundakı Miyadzaki prefekturasında 6.9 bal gücündə zəlzələ baş verib.

Yaponiyada güclü zəlzələ - Sunami xəbərdarlığı
Yaponiyanın Küsü adasının cənubundakı Miyadzaki prefekturasında 6.9 bal gücündə zəlzələ baş verib.

meqale.com xəbər verir ki, bu barədə ölkənin Milli Meteorologiya İdarəsi məlumat yayıb.

Zəlzələdən sonra ölkədə sunami xəbərdarlığı elan edilib. Hökumət rəsmiləri əhalini sahil bölgələrindən çıxmağa çağırıb.

Dağıntı və tələfatla bağlı məlumat verilməyib.