"Yaramız heç vaxt sağalmayacaq" - FOTOlar
Rəqqasə Rəna Ağamuradova (Renka) mərhum atası Vidadi bəylə bağlı paylaşım edib.
meqale.com axşam.az-a istinadən xəbər verir ki, o, sosial media hesabında paylaşıdığı fotolara bunları yazıb:
"4 il sənsiz. Biz sənsiz çox darıxırıq. Kaş yanımızda olardın. Niyə yaxşılar tez gedir? Mənim gizli ürəkli atam, sənsiz çox darıxıram.
Mənim nur üzlü atam, kaş pis ata olardın, getməyin məni belə yandırmazdı. Düzdür, yaşayarıq, gülürük, gəzirik, amma elə bir gün, dəqiqə olmur ki, səni xatırlamayaq. Bizim yaramız heç vaxt sağalmayacaq. Sənin kimi ata hər qıza arzu edirəm".
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun