Yeni nəsil vasitə “BMC Altuğ” Türkiyə Ordusunun inventarına daxil olur

Yeni Nəsil Vasitələr Layihəsi çərçivəsində BMC “Altuğ” Zirehli Döyüş Vasitəsi üçün Türkiyə Müdafiə Sənayesi Komitəsi (MSK) ilə müqavilə imzalayıb.

Yeni nəsil vasitə “BMC Altuğ” Türkiyə Ordusunun inventarına daxil olur

Türkiyə Quru Qoşunları Komandanlığının gələcəyi üçün kritik əhəmiyyət kəsb edən Yeni Nəsil Vasitələr Layihəsi üçün ilk müqavilələr imzalanıb.

Bu çərçivədə “Pars Alpha” vasitələri FNSS, “Altuğ” vasitələri isə BMC tərəfindən istehsal edilərək, Türkiyə Silahlı Qüvvələrinə təhvil veriləcək.

Müqavilə çərçivəsində BMC Quru Qoşunları Komandanlığına 29 ədəd “Altuğ” 8×8 Zirehli Döyüş Vasitəsi təhvil verəcək və İnteqrasiya Edilmiş Logistika Dəstəyi xidmətləri göstərəcək.

BMC İdarə Heyətinin sədri Fuat Tosyalı layihənin əhəmiyyətini vurğulayıb.

“Altuğ” böyük zəhmətlə bu günə qədər gələn uzunmüddətli bir layihənin sonudur. Yerli və milli müdafiə sənayesi təşəbbüsünün təşəbbüskarı olan və bu vizyonla bizə yol göstərən cənab Rəcəb Tayyib Ərdoğan başda olmaqla, Baş Qərargahımızın və MSK-mizin rəhbərliyi hər layihədə olduğu kimi “Altuğ” layihəsində də bizə böyük cəsarət və güc verdi”, - deyə o qeyd edib.