“Hisar-O” HHM Sistemi Türkiyə Ordusunun inventarına əlavə edilib

Türkiyə Milli Müdafiə Nazirliyi T-70 Ümumi Məqsədli Helikopteri və “Hisar-O” Hava Hücumundan Müdafiə (HHM) Sisteminin ölkənin Quru Qoşunlarına təhvil verildiyini açıqlayıb.

“Hisar-O” HHM Sistemi Türkiyə Ordusunun inventarına əlavə edilib

Türkiyə Milli Müdafiə Nazirliyinin həftəlik mətbuatı məlumatlandırma toplantısında Quru Qoşunları Komandanlığına təhvil verilən məhsullar arasında T-70 Ümumi Məqsədli Helikopteri və “Hisar-O” Orta Hündürlükdə HHM Raket Sisteminin yer aldığı paylaşılıb.

Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr müşaviri, sözçüsü kont-admiral Zeki Aktürk qəbul fəaliyyətlərinin tamamlandığını və məhsulların inventara qəbul edildiyini açıqlayıb.

“Quru Qoşunları Komandanlığımız tərəfindən müxtəlif miqdarda T-70 Ümumi Məqsədli Helikopteri və Orta Hündürlükdə HHM Raket Sisteminin (Hisar-O) yoxlama və qəbul fəaliyyətləri tamamlanıb”, - deyə Aktürk bildirib.