Yerli müdafiə sənayesi məhsulları TSQ-nin çəkindiriciliyini artırmağa davam edir
Yerli və milli müdafiə sənayesi məhsulları Türkiyə Silahlı Qüvvələrinin effektivliyini və çəkindiriciliyini artırmağa davam edir.

Bu çərçivədə Türkiyə Milli Müdafiə Nazirliyi müxtəlif miqdarlarda “ASELSAN Dragoneye-2” Termal Kameralarının yoxlama və qəbul fəaliyyətlərinin tamamlandığını açıqlayıb.
Türkiyə Milli Müdafiə Nazirliyi tərəfindən verilən açıqlamada qeyd edilib:
“Türkiyə Silahlı Qüvvələrimizin quru, dəniz, hava, kiber və radioelektron mübarizə sahələrindəki effektivliyi və çəkindiriciliyi çatdığı səviyyə və gələcək hədəfləri ilə bütün dünyada adından söz etdirən yerli, milli müdafiə sənayesi məhsullarımızla daha da artırılır. Bu çərçivədə Quru Qoşunları Komandanlığımız tərəfindən müxtəlif miqdarda “Dragoneye-2” Termal Kameralarının yoxlama və qəbul fəaliyyətləri tamamlandı”.
“Dragoneye-2”nin qabiliyyətləri aşağıdakılardır:
Orta Dalğa İnfraqırmızı (MWIR) Sensor
HD Rəngli TV
Davamlı Böyütmə Qabiliyyəti
Lazer Məsafəölçən (LMF)
Maqnit Kompas və GPS İnteqrasiyası
Ethernet İnfrastruktur
Motorlaşdırılmış Fokuslama, Baxış Bucağı və Böyütmə Düzəlişləri
Rəqəmsal Video Çıxışı
Avtomatik Hərəkət Qəbuledicisi
Avtomatik Görüntü Emalı və Təkmilləşdirməsi
Real Vaxtda Hədəf Koordinat Hesablamaları
Qabaqcıl İstifadəçi İnterfeysi
-32°C ilə +55°C Arasında İşləmə Temperaturu