Yük maşını körpüdən çaya AŞDI - ölən var - FOTO
Goranboyda ölümlə nəticələn ağır yol qəzası baş verib.
meqale.com xəbər verir ki, hadisə rayonun Ağcakənd qəsəbəsinin yaxınlığında qeydə alınıb.
Hərəkətdə olan yük maşını idarəetmədən çıxaraq körpüdən çaya aşıb.
Qəza zamanı sürücü 1995-ci il təvəllüdlü Y.Orucov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.