Zaxarova: Sunaka yazığım gəlir!

Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Böyük Britaniyanın Baş naziri Rişi Sunakın nüvə eskalasiyası və qaz təchizatı ilə bağlı sözlərini çıxılmaz yalan adlandırıb.

Zaxarova: Sunaka yazığım gəlir!
Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Böyük Britaniyanın Baş naziri Rişi Sunakın nüvə eskalasiyası və qaz təchizatı ilə bağlı sözlərini çıxılmaz yalan adlandırıb.

meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

"Sunakın yalanları o qədər çarəsizdir ki, hətta ona yazığım gəlir. Bəs əgər bu sadəcə axmaqlıqdırsa?" - o bildirib.

Təhlükəli nüvə eskalasiyasından danışan Zaxarova qeyd edib ki, Zaporojye atom elektrik stansiyasını məhz Kiyev atəşə tutur. O vurğulayıb ki, Rusiya qaz tədarükünü dayandırmayıb və bu təkzibolunmaz faktdır.