Zelenski Rusiyanın axşam hücumundan danışdı
Rusiyanın Ukraynaya endirdiyi zərbələrin coğrafiyası və vəhşiliyi hər gün və hər gecə Putinin diplomatiyaya əhəmiyyət vermədiyini nümayiş etdirir.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski axşam videomüraciətində deyib.
Onun sözlərinə görə, təkcə bu gün Çerkası, Xerson, Donetsk, Zaporojye, Dnepropetrovsk, Sum və Xarkov vilayətləri PUA-lardan, artilleriyadan və idarə olunan aviabombalardan hücuma məruz qalıb.
Prezident qeyd edib ki, Rusiya onun döyüş qabiliyyətini qıra biləcək bütün sərt addımlara layiqdir.