Zelenskidən Kursk açıqlaması: Planımıza uyğun gedir

Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətinə hücumu və əldə etdiyi nəticələr barədə şərh verib.

Zelenskidən Kursk açıqlaması: Planımıza uyğun gedir
Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətinə hücumu və əldə etdiyi nəticələr barədə şərh verib.

meqale.com Report-a istinadən xəbər verir ki, o, bu barədə Kiyevdə Polşa prezidenti və Litva baş naziri ilə birgə keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən danışıb.

Dövlət başçısı əməliyyatın mürəkkəb olduğunu diqqətə çatdırıb:

"Vacib olan odur ki, hücum planımıza uyğun gedir. Bu əməliyyatın bir neçə nəticəsi var. Amma hamısı haqqında danışa bilmərəm. Ancaq Rusiya Federasiyanın şimalından bizə qarşı əməliyyatın dayandırılmasına nail olduq. Qabaqlayıcı zərbə olaraq əməliyyatımız bu tapşırığı yerinə yetirdi. Biz Sumı vilayətinin mühasirəyə alınmasının və vilayətin mərkəzi Sumı şəhərinin işğal təhlükəsinin qarşısını aldıq".

Ukrayna prezidenti deyib ki, kimsə bu əməliyyatlara görə bufer zonadan danışır və Kursk əməliyyatının hansısa danışıqlar üçün kart rolu oynadığını deyirlər, amma bu, belə deyil: