Zəngilanda magistiral yolda hərəkət bərpa edildi - YENİLƏNİB - FOTO
Zəngilan rayonu Zəngilan-Mincivan yolunun 10-cu km-də irigövdəli ağac aşıb və nəticədə magistiral yol bağlanıb.
meqale.com xəbər verir ki, bu haqda FHN məlumat yayıb.
Bildirilib ki, hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.
Daxil olan məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Zəngilan rayon Yanğından Muhafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri çağırış ünvanına cəlb olunublar.
Xilasedicilər müvafiq vasitələrlə aşmış ağacı hissələrə kəsilərək yoldan götürülməsini, bununla da magistral yolda sərbəst hərəkətin bərpasını təmin ediblər.
-------
14:41
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Zəngilan rayonu Zəngilan-Mincivan yolunun 10-cu km-də irigövdəli ağacın aşması və nəticədə magistiral yolun bağlanması barədə məlumat daxil olub.
meqale.com xəbər verir ki, daxil olan məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Zəngilan rayon Yanğından Muhafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri çağırış ünvanına cəlb olunublar.
Xilasedicilər müvafiq vasitələrlə aşmış ağacı hissələrə kəsilərək yoldan götürülməsini, bununla da magistral yolda sərbəst hərəkətin bərpasını təmin ediblər.